• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

"Qarabağ"ın ÇL-dakı rəqibninin futbolçusu zədələnib

İDMAN

21 Dekabr 2025 | 11:08

Qarabağın ÇL-dakı rəqibninin futbolçusu zədələnib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Aleksander İsak zədələnib.

Bakıvaxtı.az-ın məlumatına görə, isveçli hücumçu Premyer Liqanın XVII turunda "Tottenhem"ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

56-cı dəqiqədə matçda hesabı açan forvard dörd dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

20 Dekabr 2025