Belarus Səhiyyə Nazirliyi Rusiya şirkəti tərəfindən istehsal edilən bir neçə növ qida əlavəsinin idxalını və istifadəsini qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, qida əlavələrinin dövriyyəsinə dövlət sanitariya nəzarəti zamanı bioloji aktiv maddələrin tərkibinə görə təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların satılması halları aşkar edilib.
"Bu təhlükəli məhsulların istehsalçısı Supplement Group MMC (Rusiya) şirkətidir", - məlumatda qeyd edilib.
Zeynəb Rzayeva
Bakı 




