Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.
Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
***
10:51
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən xəbər verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bakı 




