Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.
Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.
Hazırda qarın yağması davam edir.
Bakı 











