• Bakı C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

DİQQƏT: Bu toyuqları almayın - AÇIQLAMA

CƏMİYYƏT

21 Dekabr 2025 | 10:13

DİQQƏT: Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır:

“Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti “salmonella” və “campylobacter” kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər”.

Ekspert bildirir ki, toyuq əti tez xarab olan məhsuldur və +2, +4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə, bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır, daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Mütəxəssis qeyd edir ki, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər.


SON XƏBƏRLƏR

20 Dekabr 2025