• Bakı C

    9.88 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Kazana uçan təyyarə məcburi Bakıya ENDİ

CƏMİYYƏT

20 Yanvar 2026 | 01:01

Kazana uçan təyyarə məcburi Bakıya ENDİ

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

“Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.


SON XƏBƏRLƏR

19 Yanvar 2026