• Bakı C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Ucarda qaz xətti zədələnib: 11 kənd qazsız qalıb

CƏMİYYƏT

18 Fevral 2026 | 20:33

Ucarda qaz xətti zədələnib: 11 kənd qazsız qalıb

Ucarda yanğın zamanı qaz xətti zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən “Ucar” QPS-dən qidalanan PE 315 millimetrlik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb.

Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Xəttin bərpası məqsədilə əraziyə işçi qüvvə və xüsusi texnika cəlb edilib, hazırda təmir-bərpa işləri aparılır.


SON XƏBƏRLƏR