• Bakı C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Şagirdlərin zəhərləndiyi bufet BAĞLANDI

CƏMİYYƏT

18 Fevral 2026 | 20:59

Şagirdlərin zəhərləndiyi bufet BAĞLANDI

Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilir ki, satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb.

"Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - qurumdan qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də AQTA Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunduğunu vurğulayıb. Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib, dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozu qoyulub:

"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. İctimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, dünən saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.


SON XƏBƏRLƏR