• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Ukraynanın Sumı vilayətində sərhəd kəndlərindən evakuasiya başlayıb

DÜNYA

21 Dekabr 2025 | 10:31

Ukraynanın Sumı vilayətində sərhəd kəndlərindən evakuasiya başlayıb

Ukraynanın Sumı vilayətinin sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleg Qriqorov bildirib.

    Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. Oleg Qriqorov deyib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir.

    Qeyd edək ki, Rusiya Ordusunun Krasnopolsk rayonunda sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 20 yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb. Bu sakinlərin "filtrasiya tədbirləri" üçün Rusiyaya aparıldığı qeyd olunur. Eyni zamanda, jurnalistlər rus hərbi bölmələrinin Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət etdiyini və Ryasnoyedə hələ də mülki əhalinin olduğunu bildiriblər. Axşam saatlarında həmin kəndlərdən də evakuasiya başlayıb.


    SON XƏBƏRLƏR

    20 Dekabr 2025