• Bakı C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

İsrail Rəfah keçid məntəqəsini açmayacaq

DÜNYA

20 Yanvar 2026 | 08:25

İsrail Rəfah keçid məntəqəsini açmayacaq

İsrail tərəfi Rəfah keçid məntəqəsini açmaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı məlumat verib.

Qeyd edilib ki, İsrail Təhlükəsizlik Kabineti ABŞ Prezidenti Donald Trampın sülh planının növbəti mərhələsinə keçid çərçivəsində ABŞ-ın tələblərinə baxmayaraq, Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsini bu mərhələdə açmamaq qərarına gəlib.

Qərarı şərh edən yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, Qəzza İdarəetmə Şurasına Türkiyə və Qətər nümayəndələrinin daxil edilməsi İsrail və ABŞ arasında ilkin razılaşmalarda olmayıb.

"Yeni qurumun səlahiyyətlərinin və rolunun nə olacağı bəlli deyil", - o deyib.


SON XƏBƏRLƏR

19 Yanvar 2026