• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Gürcüstan XİN başçısı: Azərbaycanla Ermənistan arasında yeni yollar regionun...

DÜNYA

19 Fevral 2026 | 00:50

Gürcüstan XİN başçısı: Azərbaycanla Ermənistan arasında yeni yollar regionun...

"Bu gün Azərbaycanla Ermənistan arasında yeni yolların inşası fəal olaraq müzakirə edilir. Bunun region üçün yaxşı olduğunu əminliklə söyləyə bilərik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

    Onun sözlərinə görə, yaranacaq yeni yollar bölgənin bağlantı baxımından əhəmiyyətini yalnız artıracaq.

    "Mən həqiqətən də burada risk görmürəm. Gürcüstan xəritədən yox olmayacaq. Sadəcə olaraq bu gün bağlantılardan danışanların Avropa üçün əsas əlaqə olan Gürcüstandan bəhs etməmələri onların səriştəsini şübhə altına alır", - Boçorişvili əlavə edib.

    Nazir qeyd edib ki, hansısa bir yolun Gürcüstanı əvəzləməsi ağlasığmazdır.

    "Gürcüstandan keçən və uzun müddət fəaliyyət göstərən yola tələbat ildən-ilə artır. Bu yola üç və yaxud dörd yeni marşrut əlavə olunsa belə, Qərblə Şərq arasında yük axınlarını nəzərə almaqla kifayət etməyəcək", - o əlavə edib./Apa


    SON XƏBƏRLƏR

    18 Fevral 2026