• Bakı C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

"Qarabağ" "Nyukasl"a qarşı: yeddinci qol - CANLI -YENİLƏNİR

İDMAN

18 Fevral 2026 | 23:18

Qarabağ Nyukasla qarşı: yeddinci qol - CANLI -YENİLƏNİR

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında qonaqlar daha bir qol vurublar.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqib komanda üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:1.

72-ci dəqiqədə Ceykob Merfi fərqlənib.

22:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandasının qapısını dəqiq nişan alıb.

22:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl"ın 5:0 hesbalı üstünlüyü var.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

22:36

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb. 

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

22:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında növbəti qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 5:0.

45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.

22:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

22:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

 

21:57

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.


21:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.

Bakıvaxtı.az  xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

 

 


SON XƏBƏRLƏR