Xəbər verdiyimiz kimi, Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Qurumdan verilən məlumata görə, vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Zeynəb Rzayeva
Bakı 


jpg-1771400852.jpg)

