• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Qara metalın idxal və ixracı azaldı

CƏMİYYƏT

18 Fevral 2026 | 15:32

Qara metalın idxal və ixracı azaldı

Bu ilin yanvar ayında Azərbaycandan 6,529 milyon ABŞ dolları dəyərində 5,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 869 min ABŞ dolları və ya 11,7%, həcm baxımından isə 2,9 min ton və yaxud 34,6% azalıb.

Hesabat dövründə ixrac olunan qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,29%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,43% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 98,7 milyon ABŞ dolları dəyərində 87,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,7 milyon ABŞ dolları və ya 1,7%, həcm baxımından isə 16,7 min ton və ya 15,9% azalıb.


SON XƏBƏRLƏR