• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi azaldı

İQTİSADİYYAT

18 Fevral 2026 | 17:38

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi azaldı

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2025-ci il ərzində 2.8 faiz bəndi azalaraq 30.8% təşkil edib.

Bu barədə Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

    Məlumata görə, qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşma səviyyəsi isə 2.6 faiz bəndi azalaraq 28%-ə enib.

    Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı son 1 ildə 0.9 faiz bəndi azalaraq 38.5%-ə enib.

    Qeyd edilib ki, il ərzində manatla depozitlər 5% və ya 1.2 mlrd. manat artaraq 24.5 mlrd. manat, xarici valyutada depozitlər isə 4% və ya 549 mln. manat azalaraq 13.3 mlrd. manat ekvivalentində olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026