• Bakı C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Ötən il 35 mindən çox ev tikilib

CƏMİYYƏT

18 Fevral 2026 | 16:36

Ötən il 35 mindən çox ev tikilib

2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15241 ədəd artıb. Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 25350 ədəd ( illik müqayisədə 2.2 dəfə çox), bina evlərinin sayı isə 10040 ədəd ( illik müqayisədə 16.4% çox) təşkil edib.

Xatırladaq ki, ötən il 2684 yerlik 5 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib.


SON XƏBƏRLƏR