• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

"Sağlam qadının uşağı da sağlam olur" fikri yanlışdır - Həkim İZAH ETDİ

CƏMİYYƏT

18 Fevral 2026 | 15:14

Sağlam qadının uşağı da sağlam olur fikri yanlışdır - Həkim İZAH ETDİ

"Sağlam qadının mütləq sağlam uşaq dünyaya gətirməsi ilə bağlı cəmiyyətdə formalaşmış fikir tam şəkildə tibbi reallığı əks etdirmir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Mütəxəssis bildirib ki, sağlam qadının hər zaman sağlam uşaq dünyaya gətirəcəyinə dair yüz faiz zəmanət yoxdur:

“Belə bir ümumi anlayış yoxdur ki, sağlam qadın mütləq sağlam uşaq dünyaya gətirəcək. Biz istəyirik ki, belə olsun. Amma gen mutasiyaları mövcuddur. Məsələn, Daun sindromu kimi hallar sağlam və gənc valideynlərdə də baş verə bilər. 25 yaşdan aşağı, tam sağlam qadın və kişi ola bilər, lakin genetik dəyişikliklər mümkündür”.

Onun sözlərinə görə, hamiləlik dövründə digər faktorlar da təsir göstərə bilər:

“Hamiləlik zamanı ağır xəstəlik keçirmək, güclü stress, immunitetin zəifləməsi və digər amillər risk yarada bilər. Buna görə yüz faiz təminat anlayışı yoxdur. Amma qadın sağlamdırsa, hamiləliyə düzgün yanaşırsa və həkim tövsiyələrinə əməl edirsə, nəticə çox vaxt müsbət olur”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR