Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyana qarşı başlanan yeni cinayət işi üzrə tətbiq edilən qətimkan tədbiri - ölkədən çıxışa qoyulan qadağa ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məlumat yayıb.
Xatırladaq ki, qərar 2019-cu ildə mərhum iş adamı Mixail Baqdasarovun ifadəsi əsasında başlanan işə aiddir. Bu işin bir hissəsi olaraq Serj Sarkisyanın ölkədən çıxışı bloklanmışdı.
Serj Sarkisyana qarşı 1998-2010-cu illərdə Rusiyada yaşayan iş adamı Mixail Baqdasarovdan xüsusilə külli miqdarda rüşvət tələb etməsi və alması faktı ilə bağlı ictimai cinayət işi başlanıb. Bu, Ermənistan Respublikasında güzəştli şərtlərlə biznes aparmaq müqabilində əldə edilən gəlirin yarısını S. Sarkisyana ötürməklə özünü göstərib.
Zeynəb Rzayeva
Bakı 




