• Bakı 10° C

    5.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Fransalı zabitin "ağıllı" saatı hərbi sirri ifşa etdi

DÜNYA

20 Mart 2026 | 16:00

Fransalı zabitin ağıllı saatı hərbi sirri ifşa etdi

Fransa hərbçisi səhər qaçışı zamanı ağıllı saatı ilə təsadüfən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin yerinin ifşa edilməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.

Nəşrin məlumatına görə, zabit gəminin göyərtəsindən keçdiyi marşrutu "Strava" fitnes tətbiqinə yükləyib. Nəticədə internet istifadəçiləri gəminin dəqiq koordinatlarını hesablaya biliblər.

Hazırda "Şarl de Qoll" gəmisi Kiprin şimal-qərbində, Türkiyə sahillərindən təxminən 100 kilometr məsafədə yerləşir. Xəbərə görə hadisə martın 13-ü səhəri baş verib. Həmin gün zabit göyərtə boyunca 35 dəqiqə ərzində yeddi kilometrdən çox məsafə qət edib. Onun "Garmin Forerunner 955" cihazı qaçış trayektoriyasını qeydə alıb və ictimai proqram olan "Strava" profilin məlumatlarını internetdəki hər kəs üçün əlçatan edib.

Gəminin Aralıq dənizindəki yeri ilk dəfə martın 1-də bildirilib.

Qeyd edək ki, "Şarl de Qoll" Fransa Ordusunun xidmətində olan yeganə təyyarədaşıyan gəmidir.


SON XƏBƏRLƏR