İranın ali rəhbəri Müctəba Xamenei ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazır olduğunu bildirib.
Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Xameneinin bu barədə fikirləri ordunun yaradılmasının ildönümü münasibətilə ünvanlandığı müraciətdə öz əksini tapıb.
"İranın HDQ-si ABŞ və İsrailə yenə məğlubiyyət yaşatmağa hazırdır", - müraciətdə qeyd olunub.
M. Xamenei bildirib ki, İran ordusu hər iki ölkənin silahlı qüvvələrinə qarşı müharibə aparmaq gücündədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bakı 




