• Bakı 18° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Cənubi Koreya SİLAHLANIR: ABŞ ilə 3 milyardlıq müqavilə...

DÜNYA

19 May 2026 | 08:00

Cənubi Koreya SİLAHLANIR: ABŞ ilə 3 milyardlıq müqavilə...

Şimal qonşusunun təhdidi ilə üzləşən Cənubi Koreya sualtı qayıqları aşkarlaya və məhv edə bilən 24 ədəd "Romeo Seahawk" dəniz helikopteri almaq üçün 3 milyard dollar (2,52 milyard avro) xərcləyəcək.

Bakıvaxtı.az "LeMonde.fr" istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Xəbərdə qeyd olunur ki, sözügedən hərbi helikopterlərin satışı və texniki xidməti ilə bağlı müqavilə təsdiqlənib. Müqavilənin 1,2 milyard dollar (1,01 milyard avro) dəyərində olan digər bir hissəsi Cənubi Koreya ilə artıq silahlanmış "Apache" hücum helikopterlərinin modernləşdirilməsini əhatə edir. Dövlət Departamenti açıqlamasında bildirib ki, bu satışlar Cənubi Koreyanın mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq, onları düşmənləri çəkindirmək üçün etibarlı bir qüvvəyə çevirəcək.

Məlumat üçün bildirək ki, 2025-ci ilin noyabr ayında Cənubi Koreya Prezidenti Li Çje Myon amerikalı həmkarı Donald Trampla zirvə görüşündə Seulun 2030-cu ilə qədər ABŞ-dən 25 milyard dollar dəyərində hərbi texnika alacağını və yarımadada yerləşən Amerika qüvvələrinə əlavə 33 milyard dollar xərcləyəcəyinə vəd verib.

Aydın


SON XƏBƏRLƏR

18 May 2026