• Bakı 24° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Tramp İrana dəyən ziyanı açıqladı

DÜNYA

17 Iyun 2026 | 22:46

Tramp İrana dəyən ziyanı açıqladı

Bütün zənginləşdirilmiş materialların ehtiyatlarının İrandan çıxarılması ilə bağlı texniki müzakirələr dərhal başlayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın iqtisadi yardımı və yenidənqurma investisiyaları ciddi şəkildə qarşı tərəfin yaxşı davranışından asılıdır.

Tramp İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəydiyini deyib.

"Hazırda sahib olduqlarını bərpa etmək üçün onlara 15-20 il vaxt lazım olacaq. Buna görə də, özlərini yaxşı aparmalıdırlar. Əgər yaxşı davranmasalar, yenidən zərbə alacaqlar", - deyə ABŞ Prezidenti əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR