• Bakı 24° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Putindən ŞOK: "Ərdoğanın sayəsində.."

DÜNYA

18 Iyun 2026 | 00:15

Putindən ŞOK: Ərdoğanın sayəsində..

“Rusiya ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildirib. V.Putin vurğulayıb ki, bu prosesdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tutduğu mövqe mühüm rol oynayır.

“Ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Biz bundan çox məmnunuq. Əlaqələrimiz artıq çoxdan formal çərçivələri aşıb, həqiqətən də dostluq xarakteri daşıyır və daim yeni məzmunla zənginləşir. Bu isə böyük ölçüdə, ilk növbədə, Türkiyə Prezidenti cənab Ərdoğanın mövqeyi sayəsində mümkün olub”, - Putin qeyd edib.

Rusiya lideri həmçinin, bildirib ki, Hakan Fidanın Moskvaya səfəri çərçivəsində yalnız Rusiyanın xarici işlər naziri Sergey Lavrovla deyil, həm də müxtəlif dövlət qurumlarının nümayəndələri ilə bir sıra faydalı görüş və təmasları olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026