• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Husilər Trampa xəbərdarlıq etdi

DÜNYA

19 Aprel 2026 | 15:22 | Müəllif: Subhan Mahmudov

Husilər Trampa xəbərdarlıq etdi

Husilər ABŞ prezidenti Donald Trampı "sülhə mane olarsa" Bab əl-Məndəb boğazını bağlayacaqları ilə hədələyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib.

"Əgər Səna (Husilərin nəzarəti altında olan Yəmənin paytaxtı - red.) Bab əl-Məndəb boğazını bağlamaq qərarına gələrsə, bütün bəşəriyyət onu açmaqda tamamilə aciz qalacaqlar. Buna görə də, Tramp - və onu bağışlayan ölkələr - sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymalı, xalqımızın və ölkəmizin hüquqlarına hörmət etməlidirlər", - deyə Hüseyn əl-Əzzi qeyd edib.

Bab əl-Məndəb boğazı Qırmızı dənizi və Ədən körfəzini birləşdirir və Fars körfəzi ölkələrindən Avropaya həyati əhəmiyyətli enerji təchizatı yoludur. Bütün dəniz neft ticarətinin təxminən 12%-i və dünyadakı mayeləşdirilmiş təbii qazın 8%-i boğazdan keçir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026