• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Ana olmaq üçün ideal yaş hansıdır? - Mama-ginekoloqdan açıqlama

CƏMİYYƏT

18 Fevral 2026 | 15:08

Ana olmaq üçün ideal yaş hansıdır? - Mama-ginekoloqdan açıqlama

"Qadınların ana olma yaşı ilə bağlı müzakirələr davam edir və bu məsələ həm tibbi, həm də sosial baxımdan aktuallığını qoruyur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, ana olmaq üçün ən ideal yaş dövrü 20-25 yaş arası hesab olunur:

“20 yaşdan aşağı dövrdə hamiləlik zamanı risklər arta bilər. Çünki orqanizm hələ tam hazır olmur və müəyyən ağırlaşmalar yarana bilər. 35 yaşdan sonra isə genetik mutasiyalar, vaxtından əvvəl doğuşlar, düşüklər və bəzi anadangəlmə patologiyalar riski artır. Buna görə də uzun müddət mamalıq məktəbində 35 yaşdan yuxarı dövr ideal hesab olunmurdu”.

Mütəxəssis bildirib ki, müasir dövrdə vəziyyət müəyyən qədər dəyişib:

“Hazırda süni mayalanma üsulları mövcuddur. Qadınlar karyera səbəbilə analığı gecikdirirlər. Praktikamızda 35 yaşdan, 40 yaşdan yuxarı, hətta 45 yaşında ana olan qadınlar var. 43-45 yaşdan sonra müəyyən tibbi hədlər qoyulur. Donor yumurtası istifadə edilərsə, 50 yaşdan yuxarı qadınlar da ana ola bilər. Lakin bu hallarda da əlavə tibbi risklər nəzərə alınmalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR