“Nyukasl”ın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqası (ÇL) tarixinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı hücumçu bu rekord göstəriciyə Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda nail olub.
O, matçın 3, 32, 34 və 45+1-ci dəqiqələrində fərqlənib.
Qordonun 34 dəqiqədə vurduğu “het-trik” Çempionlar Liqasında ingilis futbolçular arasında ən sürətlisi kimi tarixə düşüb. O, ÇL-də “het-trik” edən üçüncü “Nyukasl” futbolçusu olmaqla yanaşı, bunu pley-off mərhələsində bacaran ilk oyunçu olub.
Bununla da Entoni Qordon turnirdə vurduğu qolların sayını 10-a çatdırıb.
Qeyd edək ki, oyun 6:1 hesabı ilə "Nyukasl"ın xeyrinə bitib./Teleqraf
Bakı 




