Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında beynəlxalq əməkdaşlıq çərçivəsində yeni səhnə layihəsinə başlanılır.
Bakıvaxtı.az xəbər verir ki, layihə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum üzrə həyata keçirilir.
Dekabrın 20-də Akademik Milli Dram Teatrında gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.
Məlumat verilib ki, 2026-cı ildə teatrın aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə hazırlanacaq tamaşa Kamran Nəzirlinin yeni səhnə redaksiyasında təqdim olunacaq. Benefis tamaşanın premyerası aprel ayına planlaşdırılır.
Həmin ay Gürcüstan Milli Teatrının “Prometey” tamaşası (Robert Sturuanın quruluşunda) ilə Bakıya qastrol səfəri nəzərdə tutulur.
Bakı 





