• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Oğuzdakı qəza ilə bağlı TƏBİB məlumat yaydı - YENİLƏNİB

HADİSƏ

20 Dekabr 2025 | 12:28

Oğuzdakı qəza ilə bağlı TƏBİB məlumat yaydı - YENİLƏNİB

20.12.2025-ci il tarixində saat 20:50 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Məlumata görə yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları, sınıqları və əzilmiş yaraları, mədə-bağırsaq sisteminin daxili qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyətləri orta ağır qiymətləndirilən 6 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

    Qeyd edək ki, hadisə nəticəsində 1961-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    21.12.2025    22:43

    Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

    Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    ***

    21:56

    Oğuzda mikroavtobusun ağaca çırpılması zamanı ölən və yaralan şəxslər Balakən rayon sakinləridir.

    Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, qəzaya uğrayan mikroavtobus Bakıdan Balakən rayonuna gedirmiş.

    Qəza zamanı hələ ki, şəxsiyyəti müəyyən edilməyən bir sərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Daha 6 nəfər isə Oğuz RMX-nın Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

    ***

    20:50

    Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

    Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

    İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026