• Bakı 26° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Yadigar Muradov dəfn edildi - YENİLƏNİB

MƏDƏNİYYƏT

18 Noyabr 2025 | 13:40 | Müəllif: Qalib İbrahimoğlu

Yadigar Muradov dəfn edildi - YENİLƏNİB

Əməkdar artist Yadigar Muradov dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

***

09:12

Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

***

08:22

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.

Əməkdar artist ötən gecə xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, Yadigar Muradov Yadigar Muradov xeyli müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bur müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR