• Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Təbrizdə Azərbaycan türkcəsində "Əlifba mahnıları" kitabı çapdan çıxıb

MƏDƏNİYYƏT

19 Noyabr 2025 | 17:47

Təbrizdə Azərbaycan türkcəsində Əlifba mahnıları kitabı çapdan çıxıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Azərbaycan türkcəsində "Əlifba mahnıları" kitabı çapdan çıxıb.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, kitabdakı şeirlərin müəllifi Solmaz Həsənpur, Laçın Rzayi, Məcid Əzmidir.

Məlumata görə, şəkillər Ümid Niyayeşindir. Kitabın redaktoru Məcid Əzmidir.

"Əlifba mahnıları" Təbriz şəhərində "Əxtər" ("Ulduz") nəşriyyatında çap olunub.

Məlumata görə, kitab 36 səhifə, 1000 nüsxədən ibarətdir. Onun çapına İran İslam Respublikası Mədəniyyət Nazirliyinin Şərqi Azərbaycan idarəsi lisenziya verib.


SON XƏBƏRLƏR