“İxtisasların sayının 10 faiz artırılması ilə sektorun davamlı inkişafı və beynəlxalq bazarlarda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi hədəflənir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət və yaradıcı sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.
2025-ci il ərzində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Mərkəz artıq fəaliyyətə başlayıb və yaradıcılarla əməkdaşlıq çərçivəsində bir sıra yeni biznes subyektləri formalaşdırılıb:
“Həmçinin dörd yeni “start-up” layihəsi və təhsil proqramı həyata keçirilib. 600-dən çox şəxs bacarıqlarını artırmaq üzrə təlimlərdə iştirak edərək sertifikat əldə edib”.
Əsas nəticələrdən biri də Mədəniyyət Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq olunan “Mədəniyyət və Yaradıcı Sahələr üzrə Xüsusi Təqaüd Proqramı”dır:
“Bu proqram çərçivəsində gənclərə oyun sənayesi, teatr və performans, yaradıcı texnologiyalar kimi müxtəlif istiqamətlərdə dəstək göstərilir”.
Mina Mikayılova