• Bakı 16° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Mədəniyyət naziri Daşkənddə beynəlxalq konqresdə iştirak edir

MƏDƏNİYYƏT

14 Noyabr 2025 | 12:42

Mədəniyyət naziri Daşkənddə beynəlxalq konqresdə iştirak edir

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. 

Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub. 

Konqres daha sonra plenar iclasla davam edib.


SON XƏBƏRLƏR

13 Noyabr 2025