• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Aybəniz Haşımovanın tələbələrindən daha bir uğur

MƏDƏNİYYƏT

10 Dekabr 2025 | 11:01

Aybəniz Haşımovanın tələbələrindən daha bir uğur

Heydər Əliyev Fondunun təşkil etdiyi “İncəsənət” Uşaq Festivalında tanınmış vokal müəllimi Aybəniz Haşımovanın tələbələri növbəti dəfə yüksək nəticə göstəriblər.

Bunu Bakıvaxtı.az-a Əməkdar artist Aybəniz Haşımova bildirib.

Onun sözlərinə görə, sənətkarın tələbələri Nərmin Nərimanlı, Davud Nəsəvli və Raul Hüseynov akademik vokal üzrə öz yaş qruplarında I yerə layiq görülüblər.

Gənc ifaçıların bu uğuru müəllimləri tərəfindən böyük sevinclə qarşılanıb.

Aybəniz Haşımova onların bu uğurunu feysbuk hesabında paylaşıb:

"Onların hər birini ürəkdən təbrik edirəm! Əməkləri, zəhmətləri, sevgiləri və istedadları mükafatını aldı.
Əziz evladlarım,sizinlə qürur duyuram!"

Xatırladaq ki, bir müddət öncə Amerikada keçirilən 9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsində Əməkdar artistin daha iki tələbəsi qalib olmuşdu.

Zeynəb Rzayeva


Aybəniz Haşımovanın tələbələrindən daha bir uğurAybəniz Haşımovanın tələbələrindən daha bir uğurAybəniz Haşımovanın tələbələrindən daha bir uğur
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026