• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Xalq artisti Azərbaycan musiqisindən DANIŞDI:"Əsərlər yazılır, tarixi mövzular..."

MƏDƏNİYYƏT

08 Yanvar 2026 | 16:08

Xalq artisti Azərbaycan musiqisindən DANIŞDI: Əsərlər yazılır, tarixi mövzular...

Son illərdə Azərbaycan musiqisi qlobal platformalarda daha geniş yayılmağa başlayıb.

"Spotify", "Apple Music" və "YouTube Music" kimi beynəlxalq musiqi xidmətləri artıq yerli musiqiçilərə öz əsərlərini dünya səviyyəsində paylaşmaq imkanı yaradır.

Bu, həm Azərbaycan musiqisinin sərhədləri aşması, həm də yerli sənaye üçün yeni iqtisadi və yaradıcılıq imkanlarının açılması deməkdir. Xüsusilə pop, elektron, aşıq musiqisinin modern adaptasiyaları və müasir caz təcrübələri kimi janrlar qlobal dinləyici kütləsi ilə daha asan rezonans yarada bilir.

Proses yalnız fərdi ifaçıların yox, həm də musiqi prodüserlərinin və şirkətlərinin beynəlxalq səhnədə rəqabət qabiliyyətini artırmaq üçün bir fürsət təqdim edir.

Yerli musiqi sənayesi qloabal rəqabətdə hansı janrlarla daha şanslıdır?

Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, bu prosesdə yerli bəstəkar məktəblərinin rolu böyükdür. O xatırladıb ki, keçən il Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq festival keçirilib. Festival çərçivəsində dünya ölkələrinin əsərləri Filarmoniyada səsləndirilib və Qazaxıstanın simfoniya orkestrinin rəhbəri konserti idarə edib.

“Bu, çox maraqlı bir konsert idi. Onlar folklor əsərlərini simfonik formata salmışdılar, bu da Üzeyir Bəyə bir növ "salamlama" idi. Mən də həmin tədbir üçün "Üzeyir ulduzu" adlı əsər yazmışdım. Bu, bizim üçün böyük və əlamətdar bir hadisə idi. Bəstəkar məktəbimiz fəaliyyət göstərir və əsərlərimizi beynəlxalq platformalarda təqdim etməyə çalışırıq”, - F.Sücəddinov bildirib.

O əlavə edib ki, 8 Noyabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilmiş Zəfər konsertində xorla maraqlı proqram təqdim olunub və bu konsertdə yeni əsərlər səsləndirilib.

“Əsərlər yazılır, tarixi mövzular işlənir. Gənc nəsil, o cümlədən, mən və digər bəstəkarlar bu tip konsertlərdə aktiv iştirak edirik. Şuşa aritoriyası ilə bağlı yeni layihələrimiz var və yaxın vaxtlarda Fuad İbrahimovla birgə çalışacağıq. Füzuli və digər mötəbər sənətkarlarımızın irsini qorumaq vacibdir”, – bəstəkar vurğulayıb.

Bəstəkar qeyd edib ki, belə tədbirlər, eləcə də, beynəlxalq musiqi platformalarının dəstəyi sayəsində Azərbaycan musiqisi tək ölkə daxilində deyil, həm də qlobal səviyyədə özünü göstərir və dünya musiqi ictimaiyyətinə təqdim olunur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Yanvar 2026