Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu"nda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yeni yanaşmalarla bağlı əlavə detallar yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq.
A.Kərimli qeyd edib ki, ölkənin zəngin mədəni tarixi var və bu mədəniyyət dövlətçiliyin formalaşmasında ciddi və əsaslı təsirə malik olub:
"Cəmiyyətdə mədəniyyətə fərqli baxışlar qaçılmazdır. Mədəniyyət sosial məhfum və fenomen olduğundan bu sahədə yeni və geniş baxış formalaşır".
Nazir eyni zamanda mədəniyyətlə hüququn bağlarından da bəhs edib:
"Hər şeyin əsasında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır. Mədəni məhfumunun cəmiyyət arasında təbliğat məsələlərinə gəlincə, mədəni kimlik tarixən formalaşır və hər birimiz bununla fəxr etməli, onu bizdən kənar tutmağa çalışan, neqativlik yaradan qüvvələrlə bərabər mübarizə aparmalıyıq. Çünki Azərbaycan mədəniyyəti təkcə nazirliyin, yaxud mədəni xadimlərin işi deyil, bu, ümumən bütün Azərbaycan cəmiyyətini əlaqədar edən anlayış və prosesdir".
Bakı 


jpg-1765349490.jpg)
