• Bakı C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

MƏDƏNİYYƏT

14 Dekabr 2025 | 10:14

Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər 14-20 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Qeyd olunub ki, dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək.

Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.


SON XƏBƏRLƏR

13 Dekabr 2025