Şair Cığatel İsaqızı "Rəngarəng" verilişinin canlı efirində duyğusal açıqlamaları ilə kövrək anlar yaşayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi veriliş zamanı qəzada həyatını itirən azyaşlı nəvəsi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Onun səmimi sözləri studiyadakı qonaqları da təsirləndirib, bir çoxunun gözləri dolub.
Cığatel İsaqızı çıxışı zamanı ailəsində yaşadığı ağır itkilərdən bəhs edib. O, atasını bu gün də böyük sevgi ilə xatırladığını bildirib:
"Dünyasını dəyişən atamı bu gün də sevirəm. Bu yaşımda hər gün atamdan danışıram. Qızım şahiddir. Mənim varlığım, dünyam atam olub".
Şair daha sonra həyatında yaşadığı digər itkilərdən də söz açıb:
"Atam, anam, qardaşlarım, həyat yoldaşım dünyasını dəyişdi, yenə də yaşamağa bir səbəb tapdım. Qardaşımın və bacımın gənc oğlu dünyasını dəyişəndə də yaşadım. Amma nəvəm Süleyman öləndən sonra yaşadığım həyat artıq əvvəlki kimi deyil".
O bildirib ki, nəvəsinin itkisi onun üçün ən ağır sınaqlardan biri olub:
"İndi də yaşayıram, amma yaşadığım həyat əvvəlki kimi deyil. Belə yaşayıram ki, gedin, nə edirsiniz edin. Xəstələnəndə artıq qorxmuram, deyirəm ki, siz də qorxmayın.Süleyman öləndən sonra mənim yaşamağımın nə mənası var?".
Şairin bu sözləri studiyada kövrək anlar yaşadıb və verilişi izləyən tamaşaçıları da dərindən təsirləndirib./Milli.Az
Bakı 




