• Bakı C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Bəzi tədris mərkəzləri ETX-nin adından istifadə edir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

16 Mart 2026 | 17:01

Bəzi tədris mərkəzləri ETX-nin adından istifadə edir - XƏBƏRDARLIQ

Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

Elektron Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

"ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər", - deyə qurumdan bildirilib.


SON XƏBƏRLƏR