Son iki ildə 60.2 min nəfərin məcburi köçkünlük müavinəti kəsilib.
Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ildə 447.5 min, 2024-cü ildə 408.4 min, 2025-ci ildə isə 387.3 min nəfər məcburi köçkün kimi aylıq müavinət alıb.
2024-cü ildə vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin 50.2 mini 33 manat, 358.2 min nəfəri isə 60 manat müavinət alıb. Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287.2 milyon manat (o cümlədən 919.1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.
2025-ci ildə isə vahid aylıq müavinət alan 387.3 min keçmiş məcburi köçkünün 44.8 min nəfər 33 manat, 342.5 min nəfər isə 60 manat alır. Bu məqsədlə il ərzində dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 286.7 milyon manat (o cümlədən 859.9 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.
Qeyd edək ki, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin siyahılarına mütəmadi olaraq yenidən baxılır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə, vahid aylıq müavinət ala bilirlər.
Bakı 




