ABŞ Prezident Administrasiyasında Hörmüz boğazında hərəkətin təbii şəkildə bərpa olunacağına və bu prosesin artıq başladığına ümid edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Biz boğazdan getdikcə daha çox neft tankerinin keçdiyini görürük. İran gəmiləri oradan yola düşür və buna biz şərait yaratmışıq. Biz görürük ki, bəzi Hindistan gəmiləri indi oradan çıxır və bizə elə gəlir ki, hətta Çin gəmiləri də yola düşür. Hesab edirik ki, iranlılar təbii şəkildə öz bazarlarını açacaqlar və hələlik bu bizi qane edir. Biz istəyirik ki, dünya neftlə yaxşı təmin olunsun", - o deyib.
Nazirin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiq qüvvələr kommersiya gəmilərini müşayiət etməyə başlamazdan əvvəl boğazdan tanker trafiki artacaq.
Bakı 




