• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Artan boy problemi: Valideynlər mütləq bilməlidir… 

CƏMİYYƏT

16 Mart 2026 | 12:57

Artan boy problemi: Valideynlər mütləq bilməlidir… 

Mütəxəssislər bildirir ki, uşaqlarda boy problemi və böyümə geriliyi bir-biri ilə əlaqəli olsa da, tibbi baxımdan eyni anlayış deyil.

Bakıvaxtı.az-ın məlumatına görə, boy problemi uşağın müəyyən vaxtda boy ölçüsünü göstərir, böyümə geriliyi isə uşağın zaman içində boyunun uzanma sürətinin (illik böyüməsi) yetərli olmaması deməkdir. Bir uşağın boyu yaş və cinsiyyət üzrə normal böyümə əyrisinin 3-cü persentilinin altında qalırsa, bu boy çatışmazlığı hesab olunur.

Böyümə sürəti uşağın ümumi sağlamlığının ən vacib göstəricisidir. Bir uşaq boyca normal olsa da, böyümə sürəti yavaşdırsa, böyümə geriliyi ola bilər; əksinə boyu qısa olsa da, normal sürətlə böyüyə bilər.

Yüngül boy problemi olan uşaqların əksəriyyəti sağlamdır. Lakin böyümə sürəti aşağıdırsa və ya əlavə sağlamlıq problemləri varsa (tiroid xəstəlikləri, böyümə hormonu çatışmazlığı, xroniki xəstəliklər), bu ciddi diqqət tələb edən vəziyyət sayılır.

Uşağın böyümə sürətinin izlənməsi çox vacibdir. Hər il neçə santimetr uzandığına baxmaq və boy-ağırlıq ölçülərini yaş və cinsiyyət əyriləri ilə müqayisə etmək lazımdır. Əgər uşaq əyrinin altına düşürsə, valideynlər bunu böyümə yavaşlaması əlaməti kimi qəbul etməlidir.

Yaş üzrə normal illik böyümə sürətləri:
    •    0-1 yaş: ~25 sm
    •    1-2 yaş: ~10-12 sm
    •    2-4 yaş: ~6-8 sm
    •    4 yaşdan yeniyetməliyə qədər: ~5-6 sm

Beləliklə, uşağın boy və böyümə sürətini müntəzəm izləmək sağlamlığın erkən qiymətləndirilməsi üçün vacibdir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

15 Mart 2026