Rəqəmsal cihazlara uzun müddət diqqətlə baxarkən insanın təbii nəfəsalma ritmi dəyişə bilər. Bəzi hallarda insanlar fərqinə varmadan qısa müddət nəfəsini saxlayır və ya çox səthi nəfəs alır.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu vəziyyəti “ekran qarşısında nəfəs ritminin pozulması” adlandırırlar.
Son illərdə kompüter, telefon və planşetdən istifadə müddətinin artması bu vərdişin daha çox müşahidə olunmasına səbəb olub. Uzmanların sözlərinə görə, ekran qarşısında uzun müddət konsentrasiya olmaq stress hormonlarının artmasına, nəfəs ritminin pozulmasına və bunun nəticəsində ürək ritmi və təzyiqə təsir etməsinə səbəb ola bilər.
Həkimlər qeyd edir ki, nəfəsalma sistemi ilə ürək fəaliyyəti arasında güclü əlaqə var. Uzun müddət nəfəsin saxlanması və ya səthi nəfəs almaq oksigen balansını poza, bəzi insanlarda ürək döyüntüsünün sürətlənməsinə və təzyiq dalğalanmalarına gətirib çıxara bilər. Bu vəziyyət xüsusilə masa arxasında uzun müddət çalışanlarda, proqramçılarda, dizaynerlərdə və tələbələrdə daha çox rast gəlinir.
Mütəxəssislər ekran apnesinin təkbaşına xəstəlik olmadığını, lakin oturaq həyat tərzi və stresslə birlikdə ürək sağlamlığı üçün risk yarada biləcəyini vurğulayırlar.
Kardioloqlar bu riskləri azaltmaq üçün bir neçə sadə vərdiş tövsiyə edir:
• İş zamanı qısa fasilələr vermək
• Nəfəsə diqqət yetirmək
• Gün ərzində qısa yürüşlər etmək
• Masa arxasında yüngül hərəkət və məşqlər etmək
• Ekran qarşısında uzun müddət fasiləsiz qalmaqdan çəkinmək
Həkimlərin sözlərinə görə, gündəlik bu cür sadə vərdişlər nəfəs ritmini tənzimləməyə və ürək-damar sağlamlığını qorumağa kömək edə bilər.
Aynur Babazadə
Bakı 




