• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Göylərdə sərhədlər: İsrailin hava əməliyyatları və regionun qırılma nöqtələri

SİYASƏT

16 Mart 2026 | 15:21

Göylərdə sərhədlər: İsrailin hava əməliyyatları və regionun qırılma nöqtələri

Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr göstərir ki, regionda hərbi və siyasi dinamika sürətlə dəyişir. İsrailin həyata keçirdiyi hava əməliyyatları yalnız təhlükəsizlik aspekti ilə məhdudlaşmır, həm də regional güc balanslarını formalaşdırmaq baxımından mühüm rol oynayır.

Bu əməliyyatlar, eyni zamanda, qonşu dövlətlərin və regional oyunçuların strategiyalarına təsir edərək yeni siyasi koordinatlar və əlaqələr yaratmağa imkan verir.

Sual yaranır: regional aktorların mövqeyi və reaksiyaları bu dəyişən balansları necə təsir edə bilər və hansı nəticələrə yol aça bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, hazırda Yaxın Şərqdə baş verən proseslər göstərir ki, region yenidən dizayn olunur və bu prosesdə İsrail mərkəzi rol oynamağa çalışır:

"Bu siyasətin arxasında isə əsasən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dayanır. BƏƏ İsraili Yaxın Şərqdə hegemoniya sahibi dövlətə çevirmək məqsədilə hərəkət edir və bütün planlar bu istiqamətdə qurulub".

Elçin Xalidbəyli: Regional oyunçuların, xüsusilə ərəb ölkələrinin müqavimət səviyyəsi bu prosesin yekun nəticələrinə birbaşa təsir göstərə bilər

Onun sözlərinə görə, regionda baş verən münaqişələrin əsas səbəbləri sırasında İsrail və BƏƏ-nin rolu önə çıxır:

"BƏƏ-nin dəstəyi olmadan İsrailin bu hadisələri həyata keçirməsi inandırıcı görünmür. ABƏ-nin güvənilə həyata keçirilən əməliyyatlar, xüsusilə Sülədə və Qəzdədə mülki insanların – uşaqların, qadınların və qocaların – həyatına təsir göstərir və bu proseslərdə birbaşa rol oynayır".

Həmsöhbətimiz onu da vurğulayıb ki, Yaxın Şərqdə hava əməliyyatları və digər hərbi təşəbbüslər regionda yeni siyasi balansın formalaşdırılmasına hesablanıb: 

"Regional oyunçuların, xüsusilə ərəb ölkələrinin müqavimət səviyyəsi bu prosesin yekun nəticələrinə birbaşa təsir göstərə bilər. Lakin hazırda ərəb dövlətləri arasında ortaq mövqe hələ zəifdir. Bu səbəbdən yaxın Şərq ölkələri proseslərə effektiv müdaxilə imkanlarına malik deyillər. Ümumilikdə, ərəb dünyasının susqunluğu və müqavimət göstərməkdən çəkilməsi bu vəziyyətin yaranmasında mühüm rol oynayır".

Əli Hüseynov


SON XƏBƏRLƏR