• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Kiyevə dron hücumu - Kliçkodan ÇAĞIRIŞ: evdə qalın

DÜNYA

16 Mart 2026 | 11:49

Kiyevə dron hücumu - Kliçkodan ÇAĞIRIŞ: evdə qalın

Bu gün səhər Kiyevdə Rusiyanın Ukrayna paytaxtına pilotsuz təyyarəsinin hücumu zamanı bir sıra partlayışlar eşidilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, səhər saat 7:20 radələrində hava hücumu sirenləri səslənib, təxminən 20 dəqiqə sonra partlayışlar və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilib.

Telegram monitorinq kanallarına görə, 30-a qədər "Şahed" tipli dron enerji infrastrukturunu hədəf alır.

Kiyev meri Vitali Kliçko "Telegram"da bildirib ki, pilotsuz təyyarənin qalıqları paytaxtın tam mərkəzinə düşüb:

"Yanğın və ya itki yoxdur. Düşmənin Kiyevə hücumu davam edir. Sığınacaqlarda qalın".

Aydın Baxış


SON XƏBƏRLƏR

15 Mart 2026