• Bakı 23° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Paşinyan müxalifətlə bağlı təlimat verdi

DÜNYA

15 Aprel 2026 | 10:24

Paşinyan müxalifətlə bağlı təlimat verdi

Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı parlament seçkilərindən əvvəl vilayət rəhbərlərinə yeni təlimat verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazıb:

“Hakim partiyadakı mənbələrin bildirdiyinə görə, Nikol Pashinyan vilayət rəhbərlərinə tapşırıq verib ki, ev-ev gəzsinlər, ən narazı vətəndaşları tapsınlar və onların mövqeyini dəyişərək öz tərəflərinə çəkmək üçün hər şeyi etsinlər.

“Bunu bizə qarşı çıxan vətəndaşların bizim tərəfimizə keçməsi üçün etməlisiniz”, - Baş nazir bildirib”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026