• Bakı 22° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Bu ölkədə yanacaq çatışmır, işçilər evdən işləyir

DÜNYA

15 May 2026 | 07:46

Bu ölkədə yanacaq çatışmır, işçilər evdən işləyir

Hindistanın paytaxtı  Yeni Dehlinin hakimiyyət orqanları Yaxın Şərqdəki müharibənin yaratdığı yanacaq çatışmazlığı səbəbindən dövlət qulluqçuları üçün məsafədən iş günləri tətbiq edib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, hakimiyyət yanacağa qənaət etmək üçün 90 günlük tədbirlər elan edib.

Məlumat üçün bildirək ki, Hindistanın Baş naziri Narendra Modi ötən bazar günü ölkədə yanacaq istehlakının azaldılmasına dair çağırış etmişdi.

Qeyd edək ki, Hindistan öz regionunda benzin və dizel yanacağının qiymətlərinin artmadığı və yanacaqların rasionlaşdırılmadığı azsaylı ölkələrdən biridir. Lakin Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası Hindistanda əsas yemək yanacağı olan mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin artmasına səbəb olub.

Aydın  Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR