• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Leysan və dolu Ankarada subasmaya səbəb olub

DÜNYA

13 Iyun 2026 | 23:52 | Müəllif: Əli Hüseynov

Leysan və dolu Ankarada subasmaya səbəb olub

Türkiyənin paytaxtı Ankarada günortadan sonra qəfildən başlayan və güclənən yağış nəticəsində bəzi yeraltı keçidlər, çox sayda ev və iş yerini su basıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

"Leysan və dolu nəticəsində yollarda avtomobillərin hərəkəti çətinləşib, ləngimələr meydana gəlib", - məlumatda bildirilib.

"Haber Global"da yayılan məlumata görə, Kırşehir Tədris və Araşdırma Xəstəxanası qovşağı ilə Terme və Lise küçələrində selə səbəb olan yağışlar nəticəsində bəzi iş yerləri və avtomobillər su altında qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR