Ukrayna Xarici İşlər Nazirliyi ölkədə bioloji silah hazırlandığı barədə məlumatları təkzib edib.
Bakıvaxtı.az-ın məlumatına görə ,nazirlikdən bildirilib ki, Ukraynadakı laboratoriyalar yalnız mülki fəaliyyətlə məşğuldur və beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.
Diplomatlar əlavə ediblər ki, ABŞ-la biotəhlükəsizlik sahəsində əməkdaşlıq ictimai səhiyyə, epidemioloji nəzarət, laborator diaqnostikası və bioloji müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.
Bakı 



