Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Qazaxıstana dövlət səfəri edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla birlikdə sədrlik etdiyi Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında bildirib.
“Prezidentlərimiz Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm olaraq görüşür. Türkiyə Prezidentinin may ayında Qazaxıstana dövlət səfərini səbirsizliklə gözləyirik. İnanıram ki, hökumətlərarası komissiyanın bugünkü iclası Türkiyə dövlət başçısının qarşıdan gələn səfərinin məzmununa əhəmiyyətli töhfə verəcək və yeni təşəbbüslərin müəyyənləşdirilməsinə kömək edəcək”, - Baş nazir bildirib.
Bakı 




