• Bakı 12° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Ukraynadan İsrailə TƏLƏB: "Rusiya gəmisini saxlayın"

DÜNYA

15 Aprel 2026 | 11:29

Ukraynadan İsrailə TƏLƏB: Rusiya gəmisini saxlayın

Ukrayna tərəfi İsrailə rəsmi müraciət edərək, işğal olunmuş ərazilərdən oğurlanmış taxılı daşımaqda şübhəli bilinən Rusiya gəmisinin Hayfa limanında saxlamasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, "ABINSK" adlı yük gəmisi Rusiyanın "kölgə donanması"nın tərkib hissəsidir. Qeyd edilib ki, gəminin göyərtəsindəki kənd təsərrüfatı məhsulları Ukraynanın işğal altındakı torpaqlarından qanunsuz yollarla çıxarılıb.

Ukrayna tərəfi İsrail hakimiyyətindən beynəlxalq hüquq normalarına uyğun olaraq gəmiyə və yükə həbs qoyulmasını, həmçinin faktla bağlı araşdırma aparılmasını xahiş edib.


SON XƏBƏRLƏR

14 Aprel 2026